Apr
2022
15:48
52
347
15910
Virtual karabakh

Azərbaycanlı müğənninin arvadı xəyanətə görə intihara cəhd etdi

2 Apr, 2022
15:48
15910

Azərbaycanlı müğənninin arvadı xəyanətə görə intihara cəhd etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Tuncay Bərdəlinin həyat yoldaşı Nuranə Vəliyeva intihara cəhd edib. 

Bu barədə Lent.az-a müğənni özü məlumat verib.

O bildirib ki, hazırda xanımının vəziyyəti ağırdır:

“Nuranə xeyli dərmanlar qəbul edib. Hazırda təcili yardımla xəstəxanaya aparılır. Mən verilişə çıxmağa hazırlaşanda mənə səs atdı ki, özümü öldürəcəyəm. Tez qaçıb gəlmişəm. Bunun günahı mənim evimdən oğurluq edən xadimədədir. O qadın efirdə mən və mənim ailəm haqqında ağzına gələni deyib. Guya mən onunla münasibətdə olmuşam. Bilmirəm o qadının bu qədər şey etdikdən sonra azadlıqda gəzməsi necə olur”. 

Kliniki Tibbi Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbəri Elnur Hidayətoğlu intihara cəhd edən Nuranə Vəliyevanın vəziyyəti ilə bağlı açıqlama verib.

O bildirib ki, hazırda xəstə yuxulu vəziyyətdədir:

“Hazırda xəstəxanadadır. Çoxlu yuxu dərmanı və digər dərman qarışıqları qəbul edib. Vəziyyəti orta-ağırdır. Tam sağalana qədər xəstəxanada müalicəsi davam etdiriləcək”.

Qeyd edək ki, bir müddət öncə T.Bərdəlinin evində oğurluq olub. İfaçı iddia etmişdi ki, oğurluğu evində çalışan qulluqçu Günel Məmmədova edib.

Qulluqçu isə “Elgizlə izlə” verilişində ittihamları təkzib edərək, Tuncayın həyat yoldaşı barədə xoş olmayan sözlər və iddialar irəli sürmüşdü.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri