12 
Apr
2022
18:28
324
117
8520
Virtual karabakh

Yalçın Rzazadənin oğlu ƏSƏBİLƏŞDİ: “Qoymaram ki, dünənki cücə atamın mahnısının zibilini çıxarsın” - FOTO

12 Apr, 2022
18:28
8520

Yalçın Rzazadənin oğlu ƏSƏBİLƏŞDİ: “Qoymaram ki, dünənki cücə atamın mahnısının zibilini çıxarsın” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qoymaram ki, dünən yumurtadan çıxan cücə atamın mahnılarının zibilini çıxarsın”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Yalçın Rzazadənin müğənni oğlu Mətin Rzazadə bildirib.

“Çox təəssüf ki, yeni müğənnilərin nə sənəti, nə də qanacağı var. İnsanın gərək birinci qanacağı, mədəniyyəti, sonra da sənəti olsun. Bunlarda heç biri yoxdur. Böyük sənətkarlarımız var ki, atamın mahnısını oxumaq istəyəndə zəng edib ailəsindən, bizdən icazə alırlar. Bu yekəbaşlar, bilmirəm, haradan çıxır, peyda olurlar?! Biri götürüb atamın “Dədə Qorqud” filmində oxuduğu mahnının musiqisini saxlayıb, sözlərini dəyişib, oxuyur. Bunlara bu ixtiyarı kim verib?”

O daha sonra bu günlərdə “AynaBand” qrupunun Yalçın Rzazadənin repertuarından oxuduğu “Yoxmuş etibarın” mahnısından da danışıb:

“Birincisi, o mahnının adı “Yoxmuş etibarın”dır, “O gözlər deyil”. Mahnını zibil gününə qoymusunuz, heç adını da bilmirsiniz! Çünki bu mahnılar yazılanda Yalçın müəllim üçün yazılıb, başqa müğənni üçün yox! O vaxt bəstəkarlar hər müğənninin səsinə uyğun mahnılar yazırdılar. İndiki kimi deyildi ki, kim ağzına nə gəldi oxuyur! “Yoxmuş etibarın” mahnısını götürüb roka çeviriblər. Bizim o boyda “Yuxu” rok-qrupumuz olub, götürün onun mahnılarını oxuyun da. “Yoxmuş etibarın” klassik-pop estrada mahnısıdır”, - deyə sənətkarın oğlu bildirib.

Mətin Rzazadə bildirib ki, bundan sonra atasının mahnılarını icazəsiz oxuyanlarla məhkəmədə görüşəcək.

“Bir dəfə xəbərdarlıq etdim ki, kim atamın mahnılarını oxumaq istəyirsə, icazə alsın. Yalçın müəllimin ailəsi, davamçısı var. Davamçısından da əlavə, səkkiz il onun tələbəsi olmuşam. Atamın mahnılarını özüm oxuyacağam, çünki məndən yaxşı onun mahnılarını heç kim oxuya bilməz. Qoymaram ki, dünən yumurtadan çıxan cücə atamın mahnılarının zibilini çıxarsın. Stajından asılı olmayaraq, baxmayaraq ki, 100 il sənətdədir, yoxsa dünən sənətə gəlib! Yox, əgər oxumaq istəyirlərsə, hörmətlə zəng edib, icazə alsınlar! Yalçın müəllimin ailəsi var!

Böyük sənətkarlarımız icazə alandan sonra oxuyurlar, dünənin uşaqları nə istəyirlərsə, onu da edirlər. Mən bir də xəbərdarlıq etməyəcəm, kim icazəsiz oxusa, məhkəmədə onlarla görüşəcəyəm. Normal oxusalar, dərd yarıdır, mahnının zibilini çıxarırlar. Kimə əl atırsan, hamısı müğənnidir, istedadı olan da, olmayan da. Kimin sənəti yoxdursa, atamın mahnılarını oxumaqla bu sahəyə gəlir. Çünki Yalçın müəllim mahnıları çox sərbəst oxuyub. Onun səs diapazonu buna imkan verirdi”, - deyə sənətkarın oğlu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri