23 
Apr
2022
18:03
69
567
2527
Virtual karabakh

Məleykə Əsədova: “Köməkçimə tapşırmışam ki, heç vaxt məni sevənlərin qəlbinə dəyməsin” - FOTO

23 Apr, 2022
18:03
2527

Məleykə Əsədova: “Köməkçimə tapşırmışam ki, heç vaxt məni sevənlərin qəlbinə dəyməsin” - FOTO

Bu gün Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Məleykə Əsədovanın doğum günüdür.

55 yaşını iftar süfrəsində qeyd edəcəyini bildirən aktrisa hisslərini Oxu.Az-la bölüşüb:

“Ad günüm bu il Ramazan ayına təsadüf edib. Bütün doğmalarımı dəvət etmişəm, iftar süfrəsi verəcəyəm ad günümdə. Mən arzularla yaşayan insanam. Arzularım tükənsə, mən də tükənə bilərəm. Ən böyük arzum, yaşamaq eşqim övladımla bağlıdır. Qızım diplomatiya üzrə oxumaq istəyir. Bu dəqiqə çox arzu edirəm ki, qızım universitetə daxil olsun, savadlı və sağlam olsun”.

Əsədova doğum gününə dəvət etmədiyi biri gələrsə, onu geri çevirməyəcəyini bildirib:

“Gələni qovarlarmı? O qədər olub ki, dəvət etməmişəm, gəlib təbrik ediblər. Mən köməkçimə də tapşırmışam ki, heç vaxt məni sevənlərin qəlbinə dəyməsin”.

Xalq artisti illər keçsə də, gözəl və təravətli qalmağının sirrindən danışıb:

“Yaş otuzu keçdikcə qırx, əlli yaşlarında insan gözəlləşirsə, o insanın qəlbinin gözəlliyidir, üzünə vurur”.

“Hər bir çətin obrazı oynayaram” deyən aktrisa aktyor təhsilinin önəmindən danışıb:

“İstedad əsasdır, ancaq təhsil vacibdir. Teatrda hər bir obrazı ifa etmək bir məktəbdir. O rejissorla işləyirsən - bir məktəbdir, başqa rejissorla işləyirsən - bir məktəbdir. Mən Xalq artisti olsam da, hələ də öyrənirəm. Teatr səhnəsində oynamaq çox çətindir. Aktrisa başqalaşmağı bacarmalıdır. Mən hər bir çətin obrazı oynayaram. İstəyirəm, obraz bir az çətin olsun və tamaşaçıya sözünü deyə bilsin.

Səhnəyə çox aktyor gələ bilər, ancaq barmaqla sayılacaq qədər aktyorlar yadda qalırlar. Otuz üç ildir, Azərbaycan səhnəsindəyəm, tamaşaçı qəlbinə yol taparaq yadda qalmışam”.

Dilşad Bəhruzqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri