14 
May
2022
10:05
189
20
3071
Virtual karabakh

Tamaşaçılar "Avroviziya"nın münsiflər heyətini saxtakarlıqda ittiham ediblər

14 May, 2022
10:05
3071

Tamaşaçılar "Avroviziya"nın münsiflər heyətini saxtakarlıqda ittiham ediblər

Tamaşaçılar İtaliyanın Turin şəhərində keçirilən "Avroviziya 2022" beynəlxalq mahnı müsabiqəsinin münsiflər heyətini tənqid ediblər.

Dinləyicilərin fikrincə, müsabiqənin yarımfinal nəticələri saxtalaşdırılıb. Onlar Latviya və Albaniya nümayəndələrinə verilən səslərin yenidən hesablanmasını tələb ediblər. "Avroviziya" təşkilatçıları korrupsiyada da ittiham olunublar.

"Bu illər ərzində gördüyüm ən pis "Avroviziya" yarımfinalı oldu. Saxtalaşdırma o qədər aydın görünür ki...", - deyə şounun izləyicilərindən biri yazıb.

Bundan əlavə, tamaşaçılar münsiflər heyətinin qərarına yenidən baxılmayacağı təqdirdə yarışın finalını boykot etməyə çağırıblar.

Mənbə: Mirror

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri