15 
May
2022
16:25
71
251
4790
Virtual karabakh

“Bakı Marafonu-2022”də çıxış etmiş məşhurlar Oxu.Az-a danışdılar - FOTO

15 May, 2022
16:25
4790

“Bakı Marafonu-2022”də çıxış etmiş məşhurlar Oxu.Az-a danışdılar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bu gün “küləyə qalib gəl” şüarı altında beşinci dəfə olaraq “Bakı Marafonu-2022” baş tutub.

Oxu.Az xəbər verir ki, marafonda bir çox məşhur simalar da iştirak edərək idmanın inkişafına öz dəstəyini göstəriblər.

Əyləncə zonasında marafonu izləməyə gələn insanlar üçün mahnıları ilə çıxış edən müğənni Dilarə Kazımova əgər qalib olsaydı, pul mükafatını heyvanlara xərcləyəcəyini vurğulayıb:

“Mən özüm idmanı çox sevirəm. İstəyərdim ki, belə tədbirlər ildə bir dəfə yox, bir neçə dəfə keçirilsin. Mən bu tədbirin bir parçası olmaqdan çox şadam. Əgər atlet kimi iştirak edib qalib olsaydım, pul mükafatını heyvanlara xərcləyərdim . Heyvanları çox sevirəm və tez-tez onlar üçün yardımlar etməyə çalışıram”.

Əvvəlki illərdə marafonun aparıcısı olaraq görməyə adət etdiyimiz telejurnalist Sənan Şəfizadə isə bu il ilk dəfə olaraq iştirakçı qismində qatılıb:

“Çox xoş oldu mənim üçün. Əvvəlki 4 marafonda aparıcı olmuşam, bu dəfə isə ilk dəfə olaraq iştirakçıyam. Yeganə yarışdır ki, bu yarışda məşhur idmançılar, tanınmış aparıcılar, siyasətçilər, eyni zamanda, rəsmi şəxslər birlikdə qaçır, yarışır”.

Müğənni Damla isə ilk dəfədir marafonda iştirak etdiyini vurğulayıb:

“Neçə gündür havalar soyuq keçirdi. Çox şanslıyıq ki, bu gün hava da gözəldir. İlk dəfədir marafonda iştirak edirəm. Çox maraqlı idi, xoş təəssüratlar yaşadıq”.

Gənc ifaçı Ayaz Babayev isə mütəmadi olaraq hər il marafona qatılacağını qeyd edib:

“Bu qədər insan sağlamlıq üçün bir araya toplanmışıq. Bu böyük bir motivasiyadır. Mütəmadi olaraq hər il qatılmağı düşünürəm. Böyük marağım var idi, bu il qismət oldu”.

Həmçinin, marafonda xalq artistləri Röya Ayxan, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Xəyyam Nisanov, müğənnilər Nigar Camal, Günel Zeynalova, Sevda Yəhyayeva, Zamiq Hüseynov kimi bir çox məşhur simalar sağlam həyat tərzini təbliğ etmək məqsədilə bir araya gəliblər. 

Dilşad Bəhruzqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri