15 
May
2022
23:59
78
205
7525
Virtual karabakh

Azərbaycanın Miss və Mister 2022 top modelləri seçildi - FOTO

15 May, 2022
23:59
7525

Azərbaycanın Miss və Mister 2022 top modelləri seçildi - FOTO

Bu gün Bakıda "Miss&Mister Top Model Azerbaijan 2022" müsabiqəsinin final gecəsi keçirilib.

Oxu.Az xəbər verir ki, final mərhələsində 13 bəy və 13 xanım qalibiyyət uğrunda mübarizə aparıb.

Oxu.Az-a açıqlama verən layihə rəhbəri Əli Rzayev müsabiqənin təfərrüatları haqqında danışıb: 

"Müsabiqə 6 aya yaxındır davam edir. İştirakçılar üçün ödənişsiz xoreoqrafiya, podium yerişi, kamera önündə hərəkət və bu kimi dərslər keçilir.

Və sonda final mərhələsi olur. Qaliblər bizimlə müqavilə imzalayır və öz karyeralarını ölkə xaricində davam etdirə bilirlər". 

Aktyor Azər Aydəmir də münsiflər arasında yer alan adlardan olub. O qeyd edib ki, ilk dəfədir gözəllik müsabiqəsində münsif kimi iştirak edir:

"Fürsətdən istifadə edib üzümü gözəllik müsabiqəsi təşkil edənlərə tutmaq istəyirəm ki, 10 milyonluq əhali üçün, ölkə üçün gözəllik yarışı çoxdur. Onları birləşdirib, daha da təkmilləşdirib, dostlaşıb bir möhtəşəm müsabiqə etməyi məsləhət görərdim. Gözəllik prestij deməkdir, vücud deməkdir, kübarlıq deməkdir. Odur ki, sənin müsabiqən də kübar olmalıdır. Heç bir iştirakçını tanımıram, hamısı gənclərdir. Düşünürəm ki, maksimum səviyyədə şəffaf səsvermə olacaq. Mən iştirakçıların sadəcə şəkillərini görmüşəm. Bu gün isə canlı-canlı baxıb ürəyimdən nə keçsə, o cür də dəyərləndirəcəyəm. Gözəllikdən əlavə, iştirakçının enerjisi də çox vacibdir"

Qeyd edək ki, müsabiqənin "Top Model" nominasiyası üzrə qalibi xanım iştirakçılar arasında Aysel Əlizadə, bəy iştirakçılar arasında isə Timur Samsonov olub. Qaliblər tac və sertifikatla mükafatlandırılıblar.

Dilşad Bəhruzqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri