25 
May
2022
17:48
151
16
2336
Virtual karabakh

Tanınmış bəstəkardan “restoran müğənniləri”nə SƏRT TƏNQİD - VİDEO

25 May, 2022
17:48
2336

Tanınmış bəstəkardan “restoran müğənniləri”nə SƏRT TƏNQİD - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Restoran tipli konsertlər çoxalıb. Müğənni adiləşir, öz duruşunu itirir o tip səhnələrdə. Onu dinləmirlər, o insanlar elə hey danışırlar. Müğənni fonoqramla oxuya bilməz. Çünki o fonoqramdan tamaşaçının evində də var, televizorda da var. Bəs niyə konsertə gəlib? Son zamanlarda konsert məfhumu da dəyişilib. Konsert yoxdur, şou var. Konsert ifaçının öz sənətini göstərməsidir. Dünyadakı şouların heç birini bəyənmirəm”. 

Oxu.Az xəbər verir ki, bu sözləri bəstəkar Gövhər Həsənzadə qonaq olduğu MTV-də yayımlanan “Üzə-düz” verilişində danışıb.

Bəstəkar xarici ulduzları yüksək qonorarla ölkəyə gətirməkdənsə, öz sənətçilərimizə şərait yaratmaq lazım olduğunu vurğulayıb:

“Elnur Hüseynov, Samir Cavadzadə, Fərid Məmmədov kimi hazırda yox olan sənətçilər işləmək istəyirlər. Bunun üçün onlara peşəkar səhnə, geniş arena, şərait yoxdur. Ancaq istəyirik ki, xarici ulduzlara yüksək qonorar verək, gətirək. Amma öz ifaçılarımıza şərait yaratsaq, inanın ki, tamaşaçıların musiqi ehtiyacını ödəyə bilərlər. İndiki mahnılar yadda qalmır, bəli. Çünki müğənnilər peşəkarları eşitmirlər. Güvənmirlər”.

Ətraflı süjetdə:  

Dilşad Bəhruzqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri