İyn
2022
16:18
179
104
7693
Virtual karabakh

Məşhur bloqer Bakıda partlayış olan klubun sahibini polisə verdi: “Dedi, hara istəyirsən, şikayət elə” - FOTO

2 İyn, 2022
16:18
7693

Məşhur bloqer Bakıda partlayış olan klubun sahibini polisə verdi: “Dedi, hara istəyirsən, şikayət elə” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur bloqer Aysel Şükürova “Location” gecə klubunda baş verən partlayış səbəbindən məkan sahiblərindən şikayət edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Aysel sosial şəbəkə hesabında paylaşım edib.

Partlayış zamanı üçüncü dərəcəli yanıq xəsarəti alan bloqer itirdiyi pulların və xəstəxana xərclərinin qarşılanmadığını deyib:

“Uzun müddətdir bu barədə açıqlama vermək istəyirdim. Bədənimin müxtəlif yerləri partlayışda yanıb, əsas da ayaqlarım. Uzun müddətdir ki, müalicə alıram. Amma klub rəhbəri Elşən mənə dəymiş ziyanı qaytarmır. Nə yanğında itən telefonlarımın pulunu, nə də xəstəxana xərclərimi verirlər. Təkcə mənim yox, nə qədər şikayətçi var onlardan. Heç kimin pulunu vermirlər. Yalandan mənə dedilər ki, 15 gün möhlət verin, artıq bir ay keçib. Lazımi yerlərə şikayət vermişəm”.

Polisə müraciət edən bloqer şikayətinə baxılmadığını vurğulayıb:

“İki telefonum hadisə zamanı yanıb, eyni zamanda da bədənim. Axırda mənə açıq şəkildə bəyan etdilər ki, get hara istəyirsən, şikayət elə. Mənə dəymiş ziyanı qarşılamaq istəmirlər”, - deyə Aysel paylaşıma əlavə edib.

Qeyd edək ki, “Location” gecə klubunda aprelin 3-də partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib. Gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib. Həbs edilən menecer Orxan Səfərov məkanı qardaşı Elşən Səfərovla birlikdə işlədib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri