İyn
2022
16:26
28
303
4417
Virtual karabakh

“Toppuş bacı”dan açıqlama: “Daha heç vaxt ana ola bilməyəcəm”

4 İyn, 2022
16:26
4417

“Toppuş bacı”dan açıqlama: “Daha heç vaxt ana ola bilməyəcəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Tünzalə Əliyeva kimyaterapiyalarının davam etdiyini bildirib. 

Axşam.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisa bu haqda “TikTok”da canlı yayımda deyib. O bildirib ki, xəstəliyi hələ də ağır formada qalıb:

“Kimyanı alıram, törəməyə çatmır. Buna görə də su içməyim vacibdir. Bilmirəm müalicəm nə vaxt bitir. Heç nə bilmirəm”.

Yenidən ana olmaq istəməsi haqda suala isə “Toppuş bacı” “Daha heç vaxt ana ola bilməyəcəm” cavabını verib.  

Qeyd edək ki, “Toppuş bacı” ləqəbli aktrisa bir neçə ildir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı. Hazırda isə şiş onun sümüyündə aşkarlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri