İyn
2022
17:46
409
73
7047
Virtual karabakh

Van Dammın azərbaycanlı gəlini gecikmiş xınayaxdının səbəbini açıqladı - YENİLƏNİB + VİDEO

6 İyn, 2022
17:46
7047

Van Dammın azərbaycanlı gəlini gecikmiş xınayaxdının səbəbini açıqladı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Van Dammın oğlu Krislə ailə həyatı quran azərbaycanlı pianoçu Suada Hacızadənin Bakıda xına mərasimi baş tutub. 

Oxu.Az xəbər verir ki, Suada sosial şəbəkə hesabında paylaşım edərək həyat yoldaşının məclisə onlayn qoşulduğunu qeyd edib:

“Adət-ənənəyə uyğun olaraq atamın, anamın, nənəmin, xala və bacılarımın üzü güldü. Bunlar xınanın, qız toyunun mənim ürəyimcə olması üçün artıq bəs idi. Pandemiyadan sonra demək olar ki, 1 il sonra nəhayət bu da oldu və bitdi. Kris də onlayn ABŞ-dan qoşuldu və birlikdə belə qeyd etdik. Pandemiyaya görə rəsmi nikah olandan sonra qeyd etməyə başladıq”. 

Məclisə onlayn qoşulan Kris isə tezliklə Azərbaycana gələcəyini əlavə edib.

Sözügedən görüntüləri təqdim edirik:

10:34

Dünyaca məşhur aktyor Van Dammın oğlu Kristofer Van Barenberqlə ailə quran Suada Hacızadənin xına mərasimi keçirilib. 

Oxu.Az xəbər verir ki, xına mərasimi Bakıdakı restoranlardan birində baş tutub. 

Suada gecədən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Kris və azərbaycanlı pianoçu Suada Hacızadə ötən il nikah bağlayıblar. Suada Hacızadə Prezident mükafatçısıdır, yeddi dəfə beynəlxalq musiqi müsabiqəsinin laureatı olub.

Xına mərasimindən görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri