İyn
2022
07:46
61
102
4003
Virtual karabakh

Cennifer səhnədə göz yaşı tökdü - FOTO/VİDEO

7 İyn, 2022
07:46
4003

Cennifer səhnədə göz yaşı tökdü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən axşam Kaliforniyada “MTV Film və TV” mükafatları mərasimi keçirilib.

Mükafata layiq görülənlər arasında dünyaca məşhur müğənni Cennifer Lopez də olub.

Sənətçi “On My Way” mahnısına görə “MTV Movie and TV Award Generation Award”da mükafat alıb.

Lopez mükafatını alarkən səhnədə nitq söyləyən zaman göz yaşlarına boğulub. 

52 yaşlı ifaçı göz yaşları içində təşəkkür edib: 

“Birlikdə işləməkdən zövq aldığım bütün gözəl insanlara təşəkkür etmək istəyirəm. Mənə həyat, sevinc bəxş edənlərə, həm də ürəyimi qıranlara təşəkkür edirəm. Mənə həqiqəti deyənlərə və yalan danışanlara təşəkkür edirəm.

Məni daha güclü etdiyinə görə məyusluqlara, yıxılmalara və mənə sevməyi öyrətdiyinə görə övladlarıma təşəkkür edirəm. Hər kəsə, eləcə də Benə (Hollivud aktyoru Ben Afflek - red.) və məni evdə naharda gözləyənlərə təşəkkür edirəm. Mən saat yeddidə orada olacağam”.

Mükafatlandıra mərasimindən görüntüləri təqdim edirik:

mənbə: people.com

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri