İyn
2022
14:06
270
43
9407
Virtual karabakh

Van Dammın gəlini: “Kris “Kənd həyatı” kanalını aparan xanımla tanış olmaq istəyir”

8 İyn, 2022
14:06
9407

Van Dammın gəlini: “Kris “Kənd həyatı” kanalını aparan xanımla tanış olmaq istəyir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hamıya ən maraqlısı budur - biz necə tanış olmuşuq? Deyilənlər kimi, “TikTok” və ya “Qız Amerikada yaşayırdı, orada tanış olublar” deyil. Bu kimi yalanları özlərini mənə yaxın bilib profil açıb yazanlar yayırlar. Biz Krislə 2016-cı ildən bu yana dost olmuşuq. Tanışlığımız isə necə və harada olub - yaxın zamanda biləcəksiniz”.

Axşam.az xəbər verir ki, bu sözləri Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə deyib.

Van Dammla münasibətlərindən söz açan musiqiçi onunla ilk tanışlığını belə xatırlayıb:

“İlk dəfə realda tanış olanda mənə tərəf gələ-gələ qollarını açıb “Qızım” səsləndi və qucaqladı. Sadə iki insan, ailə kimi tanış olduq. Aramız çox yaxşıdır. Öz uşaqları ilə necə danışırsa, məni də eyni cür qəbul etdi. Səmimi, ürəyi sevgi ilə dolu bir ata. Qayınanamla öz anam kimi, bacısıyla bacım, qardaşıyla qardaşım kimiyəm”.

Suada əlavə edib ki, Kristoferlə ailəli olsalar da, ayrı yaşayırlar:

“Amerikada olmamışam. Bir ildir, viza gözləyirəm. O da hələ gələ bilmir. Çünki film sahəsi asan deyil, iş çoxdur. Bu, bizim şəxsi həyatımızdır. Kris ən qısa zamanda bizim adətlərlə tanış olmaq, kabab və plovu dadmaq istəyir. Ən əsası isə, qusarlı “Kənd həyatı” kanalını aparan xanım ilə tanış olmaq istəyir. Hər gün ona baxır. Yaxın zamanda Azərbaycana gələcək. Bu il bizim üçün çətin oldu. Evli olaraq birlikdə yanbayan olmamaq çox çətindir. Amma bunun da öhdəsindən birlikdə ailələrimizin və dostlarımızın köməyi ilə gələcəyik. Bakıda doğulmuşam və burada yaşayıram. Hələ də Bakıdayam. Viza almaq prosesində də burada qalıram”. 

Musiqiçi Kristoferin məşhur aktyorun oğlu olduğunu uzun illər bilmədiyini deyib:

“Bilmirdim, kimin oğludur. Demirdi və heç yerdə göstərmirdi. İllər sonra bilmişəm”.

Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturublar. 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri