23 
İyn
2022
14:12
29
476
13294
Virtual karabakh

Yuri Şatunovun ölümdən əvvəl son görüntüləri - YENİLƏNİB + VİDEO

23 İyn, 2022
14:12
13294

Yuri Şatunovun ölümdən əvvəl son görüntüləri - YENİLƏNİB + VİDEO

Rusiyada 80-90-cı illərin məşhur pop-qrupu “Laskovıy may”ın solisti Yuri Şatunovun həyatını itirməzdən əvvəlki görüntüləri yayılıb.

Görüntülərdən məlum olur ki, dostları müğənnini Rastunovo kəndindəki xəstəxanaya aparıblar. Onlar xəstəxanada təxminən 10 dəqiqə vaxt keçiriblər. 

Rusiyanın əfsanəvi ulduzu təcili yardım maşını ilə təxminən 20 dəqiqəlik yolu olan Domodedovo xəstəxanasına aparılanda onun ürəyi dayanıb.

Həmin görüntüləri təqdim edirik:

Mənbə: SHOT “Telegram” kanalı

12:12

Rusiyada 80-90-cı illərin məşhur qrupu “Laskovıy may”ın solisti Yuri Şatunov 48 yaşında vəfat edib.

Bu barədə onun meneceri məlumat yayıb.

Y. Şatunovun ölüm səbəbi infarkt olub.

Qeyd edək ki, o “Ne boysa” və “Belıe rozı” kimi mahnılarla populyarlıq qazanmışdı.

Mənbə: İzvestiya

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri