23 
İyn
2022
14:24
83
465
20048
Virtual karabakh

Şəbnəm avtomobilinin nömrəsini bəyənməyərək “KamAZ” nömrəsidir dedi: Tənqid olundu - VİDEO

23 İyn, 2022
14:24
20048

Şəbnəm avtomobilinin nömrəsini bəyənməyərək “KamAZ” nömrəsidir dedi: Tənqid olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Şəbnəm Tovuzlunun avtomobil nömrəsi haqda dedikləri tənqid olunub. 

ARB-də yayımlanan “Həmin Zaur” verilişində aparıcı Şəbnəmə maşın nömrəsi ilə bağlı sual verib. 

Şəbnəm isə “Hələ elə-belə nömrədir. Yadımda qalmır, “KamAZ” sürücülərinin nömrəsidir. “KamAZ” nömrəsidir” deyə cavab verib.

Zaur Kamal isə “Elə demə, sabah “KamAZ” sürücüləri üstünə düşər. Denən, canım qurban onlara” reaksiyasını verib.

Şəbnəm isə “Niyə başqasının kişisinə canım qurban olsun? Polislər saxlayır, deyir ki, niyə bu nömrə ilə sürürsünüz. İstəyirəm 77-SH-777 nömrəsi götürüm” deyərək, ona etiraz edib.

Qeyd edək ki, ifaçının bu sözləri sosial şəbəkələrdə paylaşılaraq tənqid edilib.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri