25 
İyn
2022
03:24
167
52
5800
Virtual karabakh

Elton Con Ukrayna bayrağına görə konsertini dayandırdı – VİDEO

25 İyn, 2022
03:24
5800

Elton Con Ukrayna bayrağına görə konsertini dayandırdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfsanəvi britaniyalı müğənni Elton Con vida turu çərçivəsində Bristolda konsert verib.

Minlərlə insan arasında çıxışı zamanı onun diqqətini əlində Ukrayna milli bayrağı olan qadın çəkib.

Məşhur sənətçi pianodakı ifasını dayandırıb və pərəstişkarına üz tutub. Elton tamaşaçıların da bu xanıma diqqət yetirməyə və Ukrayna simvollarının şəkillərini çəkməyə çağırıb. İnsanlar ulduzun bu çağırışına alqışlarla cavab veriblər.

Qeyd edək ki, Elton Con “Stand Up for Ukraine” fləşmobuna qoşulub. O, həmçinin beynəlxalq ictimaiyyətə Mariupol sakinlərinə kömək üçün müraciət edib.

Mənbə: TCH

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri