28 
İyn
2022
00:24
47
175
5358
Virtual karabakh

Ben Aflekin 10 yaşlı oğlu “Lamborghini”ni BMW-yə çırpdı – FOTO/VİDEO

28 İyn, 2022
00:24
5358

Ben Aflekin 10 yaşlı oğlu “Lamborghini”ni BMW-yə çırpdı – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu Ben Aflekin oğlu “Lamborghini”yə minərək başqa avtomobilə çırpılıb.

On yaşlı Samuel atası və müğənni Cennifer Lopezlə birlikdə Los-Ancelesdəki avtosalonlardan birinə gedib.

Lopez arxa oturacaqda olarkən, uşaq sükan arxasına keçib. Semuel bilmədən avtomobili arxa sürətə keçirib və qaza basaraq arxada dayanmış BMW-yə çırpılıb. İnsident zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, Samuel Ben Afflekin aktrisa Cennifer Qarnerlə evliliyindən olan oğludur. Ulduzlar 2003-cü ildə çəkilmiş “Daredevil” filminin çəkiliş meydançasında tanış olub, 2005-ci ildə evləniblər. On illik evlilik zamanı onalrın üç övladı dünyaya gəlib. 2017-ci ilin aprelində cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.

Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri