28 
İyn
2022
15:00
604
25
3689
Virtual karabakh

Əli Mirəliyev üsyan etdi: “Qiymətlər od tutub yanır, oliqarxları həbs etmək lazımdır” - AÇIQLAMA

28 İyn, 2022
15:00
3689

Əli Mirəliyev üsyan etdi: “Qiymətlər od tutub yanır, oliqarxları həbs etmək lazımdır” - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlar ərzaq məhsullarının bahalaşması müğənnilərin də nəzərindən qaçmayıb. Gündəmdən düşməyən gilas qiymətinin artımı müğənnilər arasında da müzakirələrə səbəb olub.

Bu barədə Oxu.Az-a açıqlama verən müğənni Əli Mirəliyev bildirib ki, söhbət sadəcə gilasdan getmir. Ümumiyyətlə hər şeyin - yağın, pendirin, kartof-soğanın qiyməti qalxıb. Biz əvvəllər onları bir neçə qəpiyə alırdıq:

“Belə qiymətləri heç vaxt görməmişəm, od tutub yanır. Bu bahalaşmanın səbəbkarları oliqarxlardır. Qiymətlər bu minvalla artsa, narazılıq, dava-dalaş olacaq, axırda dükanlara hücum çəkib, sındırıb dağıdacaqlar. Ərzaqları yığıb, aparacaqlar. Oliqarxları həbs etmək lazımdır ki, ərzaqları o qiymətə gətirməsinlər”.

Müğənni bu fikirdədir ki, qiymətlərinin yüksək olması son nəticədə boşanmalara da təsir edir: 

“Birinin maaşı 800, 900, 1000 manatdır. Bəs o biri? O axı pensiyaçıdır. Digəri də cavandır, işi yox, gücü yox. Yemək istəyir, yaşamaq istəyir. Yaxşı, bəs necə olsun? İş verin də buna. İş yerləri olmalıdır ki, cavan uşaqlar küçələrdən yığışsın, işləsinlər. Bütün gün bu cavanlar ya pul oğurlayır, ya kimdənsə borc götürürlər, o bunu aldadır, bu onu aldadır. Axı biz yaxşı millətik. Niyə bu günə qoydunuz? Hamısı evlənir, iki aydan sonra ayrılır. Belə şey olar? Buna son qoymaq lazımdır”.

“Milli Məclisin deputatlarının maaşlarını qaldırırlar. Xeyir ola? Söz verdilər ki, pensiyaçıların təqaüdlərini artıracaqlar. Cəmi doqquz manat artım olub. Utanmadınız? Ayıb olmadı sizin üçün? Belə olmur. Biz bu millət deyilik axı, biz görün kimlərin övladlarıyıq, kimlərin nəslindənik. Axı biz bunları niyə unuduruq? Biz oluruq heç kim. Bəsdir, özünüzü yığışdırın! Yığışdırmasanız, Allah yığışdıracaq”, - deyə Əli Mirəliyəv üsyan edib.

Aytac Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri