30 
İyn
2022
12:43
534
629
44380
Virtual karabakh

İranlı müğənnini efirdən qovan Zaur Kamalla bağlı ölçü götürüləcək - YENİLƏNİB + VİDEO

30 İyn, 2022
12:43
44380

İranlı müğənnini efirdən qovan Zaur Kamalla bağlı ölçü götürüləcək - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zaur Kamalın efirdəki son davranışı ilə bağlı ölçü götürüləcək”.

Bunu Sfera.az-a açıqlamasında Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bildirib. O, televiziyanın hər evə sirayət etdiyini və bu səbəbdən də televiziya mühiti üçün konkret standartların olduğunu deyib:

“Efirin öz şərtləri və mədəniyyəti var. Televiziya auditoriyaya ən çox nüfuz edən kommunikasiya vasitələrindən biridir. Bunları nəzərə alaraq efirin konkret standartları müəyyənləşib. Bu isə bizim qanunverici işlərlə tənzimlənir. Efirdə gedən verilişlərə nəzarət edən, monitorinq aparan Audiovizual Şura var. Şuranın işində isə son zamanlar kifayət qədər yeniliklər olub və görürük ki, təşkilat bütün televiziyaları diqqətlə monitorinq edib, adekvat addımlar atır”.

M.Ələsgərli Zaur Kamalın milli-mənəvi dəyərlərə zidd davranış sərgiləməməli olduğunu vurğulayıb:

“Hesab edirik ki, efirdə milli-mənəvi dəyərlərə, ictimai davranışlara zidd hərəkətlərə yol verilməsi yanlış addımdır. Bu kimi hallar sonradan insident yaradır və belə hallar başqaları tərəfindən də təkrarlana bilər. Odur ki, Zaur Kamalın davranışı ilə bağlı ölçü götürülməlidir. Audiovizual Şura bu məsələ ilə bağlı xəbərdaredici addımlar atacaq”.

 

12:03

Aparıcı Zaur Kamal iranlı müğənni Afşin Azərini efirdən qovub.

Hadisə ARB TV-də yayımlanan “Həmin Zaur” verilişində baş verib. 

Afşin aparıcının “İrandan çoxsaylı tamaşaçımız olduğu üçün buradasınız” sözlərinə cavab olaraq, “O sizin fikrinizdir, mən heç nə deyə bilmərəm. Bizim yanımızda böyük hörmətiniz var. Yəni deyirsiniz ki, məni Azərbaycanda sevmirlər?”, - deyə əlavə edib. Zaur isə öz növbəsində “Şəhərdə müsahibə götürdük, adını bilmirlər, amma mahnılarınızı eşidiblər. Efirdən əvvəl mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi. Dediniz ki, Ali Porme və ya digər iranlı müğənnilər kimdir ki, mənim yanımda? İranda səhnələri doldururam” deyib.

Daha sonra aparıcı və müğənni arasında gərginlik yaranıb.

Azərin Zaurun bəhs etdiyi söhbəti xatırlamadığını bildirərək “İki kişinin xüsusi söhbəti biri-birinin yanında qalsa daha yaxşı olar” deyib.

Bu sözlərdən sonra Z.Kamal “Mən səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan” deyərək, müğənnini efirdən qovub. 

Reklamlardan sonra Zaur məsələ barədə açıqlama verərək “Günahı özümdə görürəm. Yeganə aparıcıyam ki, İrandan gələn müğənnilərə həmişə sonsuz hörmətim olub. Afşin Azərin efirdən öncə deyir ki, digər iranlı müğənniləri niyə çağırırsan? Orada onları bir o qədər sevmirlər. Həmin müğənnilərlə məni eyni tərəziyə qoyma. Qonaq gəlmisənsə, özünü qonaq kimi apar”, - deyə qeyd edib.

Sosial şəbəkə izləyiciləri isə Zaurunun bu hərəkətini sərt tənqid edərək onun ünvanına “Sənə ayıb olsun, adam qonağı qovmaz”, “Kişi olsaydın arxada deyilən sözə arxada cavab verərdin. Çıxıb efirdə şou etməzdin”, “Zaur, utan yerə gir”, “Heç düz hərəkət etmədin, biz o müğənnini tanıyırıq və çox sevirik” kimi şərhlər yazılıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri