30 
İyn
2022
17:10
365
42
6768
Virtual karabakh

Flora Kərimova Afət Fərmanqızıdan nə qədər təzminat tələb edir? - YENİLƏNİB + AÇIQLAMA

30 İyn, 2022
17:10
6768

Flora Kərimova Afət Fərmanqızıdan nə qədər təzminat tələb edir? - YENİLƏNİB + AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovanın onunla bağlı mülki qaydada iddia qaldırıb təzminat tələb etməsinə münasibət bildirib.

Müğənni APA-ya açıqlamasında bildirib ki, bir müddətdir ölkə xaricindədir, hamilə olması ilə bağlı həkimlərin rəyinə əsasən, Azərbaycana gələ bilmir:

“Flora Kərimovanın mənimlə bağlı növbəti dəfə məhkəməyə müraciət etməsindən xəbərdaram. Hazırda hamiləlik səbəbi ilə uzaq yola çıxa bilmirəm. Bildiyim qədəri ilə, Flora Kərimova ondan üzr istəməyimi və mənəvi ziyana görə külli miqdarda pul tələb edir. İttihamların heç birini qəbul etmirəm, inşallah, səhhətim imkan verdikdən sonra ölkəyə qayıdıb məhkəmədə iştirak edəcəyəm”.

Məlumatlara görə, Flora Kərimova dəymiş mənəvi ziyana görə Afət Fərmanqızıdan 100 min manat tələb edir.

16:00

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edib.

APA xəbər verir ki, Xalq artisti bu dəfə Nərimanov Rayon Məhkəməsində mülki iddia qaldırıb.

İddiada Afət Fərmanqızının üzr istəməsi və dəymiş mənəvi ziyana görə maddi təzminat tələbi irəli sürülüb.

İş üzrə məhkəmənin hazırlıq iclası avqustun 10-a təyin olunub.

Xatırladaq ki, Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Həmin işdə Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb. Xüsusi ittihamçı Afət Fərmanqızı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri