İyl
2022
11:06
38
247
8818
Virtual karabakh

Ailəsi dağılan müğənni Aytac Vidadiqızı kövrəldi: “Kaş ki, ailə qurmağa tələsməzdim, yanıldım” - VİDEO

1 İyl, 2022
11:06
8818

Ailəsi dağılan müğənni Aytac Vidadiqızı kövrəldi: “Kaş ki, ailə qurmağa tələsməzdim, yanıldım” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Aytac Vidadiqızı kövrələrək ailəsinin dağılmasından danışıb.

Oxu.Az-ın məlumatına görə, mərhum müğənni Vidadi Bərdəlinin ifaçı qızı Aytac bu barədə ARB TV-də yayımlanan “Həmin Zaur” verilişində danışıb.

Türkiyə vətəndaşı, iş adamı Can Bekirlə ailə quran müğənni həyat yoldaşı ilə ailə bağlarının qırıldığını, yaşanan ayrılığın günahını özündə yox, həyat yoldaşında gördüyünü dilə gətirib:

“Artıq təkliyim və tənhalığımla razılaşmışam. Evlilik sarıdan bəxtim gətirmədi. Mən bir kişi tərəfindən sevilmişəm, o da mənim atam olub. Digər sevgilər mənim üçün boşdur. Saf sevgiyə inanmıram. Əgər sevgi olsaydı, davam edərdi. Onlara həm atalıq, həm də analıq edirəm. O uzaqdadır. Biz artıq ailə deyilik. Birləşməyimiz isə qeyri-mümkündür. Tələsdim, evlənməyə tez qərar verdim. Yanıldığım günlər, hadisələr oldu. Onunla həmyaşıdam. Vasitəçi oldu, bizi tanış etdi. Artıq sevgi yoxdur, onu da sevmirəm. Kaş ki, ailə qurmağa tələsməzdim, yanıldım”.

Ətraflı süjetdə: 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri