İyl
2022
13:42
116
43
2026
Virtual karabakh

İlhamə Qasımovadan həmkarlarına atmaca: “Bu gün konsert etsək, köhnə müğənninin zalı dolar?” - VİDEO

1 İyl, 2022
13:42
2026

İlhamə Qasımovadan həmkarlarına atmaca: “Bu gün konsert etsək, köhnə müğənninin zalı dolar?” - VİDEO

“Ağac bar verdikcə başını qaldırmaz. “Mən səni tanımıram”, “sən kimsən?”, “burada mənəm, Bağdadda kor xəlifə” deyənlər yadda saxlamalıdırlar ki, bir gün istər-istəməz sən də yaşlanacaqsan”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri müğənni İlhamə Qasımova MTV-də yayımlanan “10-da görüşək” verilişində qonaq olarkən səsləndirib.

İ.Qasımova status sahibli müğənnilərə ismarış göndərərək bildirib ki, hegemonluqla öz statusunu saxlamaq istəyənlər sevilməyəcəklər:

“Yeni nəsil gəlir və sən nə qədər yaxşı ifaçı olsan da, gələn nəsil üçün dəbdən düşəcəksən. Sən yalnız öz yaşıdların üçün qalacaqsan. Yeni nəsil təzə müğənniləri sevib istəyəcək. Danışanda çox şey deyirik, ancaq reallıq o deyil. Bu gün bir konsert etsək, köhnə müğənninin zalı dolacaq, yoxsa gündəmdə olan yeni, gənc müğənninin? Əlbəttə, gündəmdə olan”. 

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri