İyl
2022
18:18
47
281
13620
Virtual karabakh

Rəqsanə qızının toyunda iştirak etməməsinin səbəbini açıqladı - VİDEO

1 İyl, 2022
18:18
13620

Rəqsanə qızının toyunda iştirak etməməsinin səbəbini açıqladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Rəqsanə İsmayılova qızı Aysunun toy məclisində iştirak etməməsinin səbəbini açıqlayıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Rəqsanə sosial şəbəkə hesabında paylaşım edib.

İfaçı səhhətində yaranan problemdən söz açıb:

“Hər bir valideynin arzusudur ki, balası xoşbəxt olsun. Qismət elə gətirdi ki, səhhətimdə yaranan problemlərə görə qızımın toyunda iştirak edə bilmədim. Hələ də qızdırmam var. Bu gün yenidən həkimə gəldik. Müayinə olunuram. Onsuz da Aysunumun nişanı toy kimi oldu. İnşallah, yaxşı olaram”.

Rəqsanə, həmçinin, Bakıda oğlu üçün keçirəcəyi məclisin tarixini də açıqlayıb:

“İyulun 25-də Bakıda oğlumun məclisində yenidən dostlarla bir araya gələcəyik. Allah qismət etsə. Qızımın bu xoş günündə onu tək qoymayan bütün dostlarıma, tanışlarıma təşəkkür edirəm. Allah bütün balaları xoşbəxt etsin, bizimkiləri də içində. Qızımın arzusu fərqli toy etmək idi, şükürlər olsun ki, bu toy da baş tutdu”.

Qeyd edək ki, Aysun ötən gün Eşqin adlı bəylə Bakıda dəniz kənarı restoranların birində şou-biznes nümayəndələrinin də iştirakı ilə ailə həyatı qurub.

Rəqsanənin paylaşdığı videonu təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri