İyl
2022
17:26
259
169
10404
Virtual karabakh

Acun İlıcalı həbs oluna bilər - YENİLƏNİB + FOTO/VİDEO

8 İyl, 2022
17:26
10404

Acun İlıcalı həbs oluna bilər - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur cütlüyü - aktrisa Ebru Şahin və basketbolçu sevgilisi Cedi Osmanın toy mərasimində Acun İlıcalı nikah məmuru kimi çıxış edib.

Acunun məmur xalatı geyinərək şou etməsi vəkillərin sərt reaksiyasına səbəb olub. 

Mövzu ilə bağlı açıqlama verən məşhur hüquqşünas Çilər Nazife Koşar bildirib ki, icazəsiz şəkildə dövlət məmurunun rəsmi paltarını geyinən hər kəsi 3 aydan 1 ilə qədər həbs cəzası gözləyir.

Vəkillər Kollegiyasından verilən açıqlamada qeyd edilib ki, İlıcalı bütün vəkillərdən üzr istəməlidir.

Mənbə: Snob Magazin

11:24

Ötən gün Türkiyənin məşhur cütlüyü aktrisa Ebru Şahin və basketbolçu sevgilisi Cedi Osmanın toy mərasimi baş tutub.

Oxu.Az-ın məlumatına görə, cütlüyün toy mərasimi yaxın dostları və ailəsindən ibarət ümumilikdə 250 qonağın iştirakı ilə Çeşmedə keçirilib.

Toyda diqqət çəkən məqamlardan biri isə “TV8” kanalının rəhbəri Acun İlıcalının cütlüyün nikah məmuru kimi çıxış etməsi olub.

Qeyd edək ki, gənclər iyulun 1-də Makedoniyada nikah bağlayıblar.

Sözügedən görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri