13 
İyl
2022
21:43
381
85
4660
Virtual karabakh

Səidə həmkarlarına od püskürdü: “Sizi adınızla çağıracağam, “civi”lər və “manıs”lar!” - FOTO

13 İyl, 2022
21:43
4660

Səidə həmkarlarına od püskürdü: “Sizi adınızla çağıracağam, “civi”lər və “manıs”lar!” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər açıqlamaları ilə tez-tez gündəm olan müğənni Səidə Sultan yenidən paylaşımı ilə diqqətləri üzərinə toplayıb.

Səidə sosial şəbəkə hesabında bayağı mahnılar oxuyan ifaçıları tənqid edərək, onları Azərbaycanı sevməməkdə günahlandırıb.

“Ey bayağı oxuyan “civi”lər və “manıs”lar, siz Azərbaycanı sevmirsiniz. Sizin kimiləri ancaq pul maraqlandırır. Necə ki, insanların haqqını yeyən, onların cibinə girib sərvətini yeyən, kasıblığa, ölümə sürükləyən zalımlardan heç bir fərqiniz yoxdur. Siz “civi”lər də bayağı oxuyub, sadəcə silahsız şəkildə insanların zövqünü zəhərləyib onlardan ən asan yolla pul qazanırsınız. Bu arsızlıqla da özünüzü böyük biri hesab edirsiniz. Azərbaycan musiqisinin düşmənləri sizsiniz. “Civi”lər və “manıs”lar, bundan sonra sizi adınızla çağıracağam, pul xətrinə Azərbaycan musiqisinə xələl gətirən “civi”lər və “manıs”lar”, - deyə Sultan bildirib.

Qeyd edək ki, müğənni ötən günlərdə də bayağı ifaçılarla bağlı açıqlama vermiş və həmkarı Şəbnəm Tovuzlu ilə qalmaqal yaşamışdı.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri