14 
İyl
2022
13:12
282
97
16335
Virtual karabakh

Van Dammın azərbaycanlı qudası gözəlliyi ilə heyran etdi - FOTO

14 İyl, 2022
13:12
16335

Van Dammın azərbaycanlı qudası gözəlliyi ilə heyran etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaca məşhur aktyor Jan-Klod Van Dammın oğlu Kris Van Dammla evlənən azərbaycanlı pianoçu Suada Hacızadə yeni paylaşımı ilə diqqət çəkib.

Oxu.Az xəbər verir ki, Suada doğum gününü qeyd edən anası ilə birgə fotolarını sosial şəbəkə hesabında paylaşaraq onu təbrik edib.

O, bacısının da yer aldığı fotoya “biz səni sevirik, ana” şərhini əlavə edib.

S.Hacızadənin anası isə gözəlliyi ilə diqqət çəkərək qızlarını da kölgədə qoyub.

Kris də öz növbəsində həyat yoldaşı Suadanın anası ilə birgə fotosunu paylaşaraq onu ad günü münasibətilə təbrik edib.

Kristofer paylaşıma “Ad günün mübarək, gözəl qayınanam. Bu gözəl gündən zövq alın” sözlərini yazıb. 

Qeyd edək ki, Kris və azərbaycanlı pianoçu Suada Hacızadə ötən il nikah bağlayıb. Suada Hacızadə Prezident mükafatçısıdır, yeddi dəfə beynəlxalq musiqi müsabiqəsinin laureatı olub.

Sözügedən fotoları təqdim edirik:

Dilşad Bəhruzqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri