22 
İyl
2022
02:59
22
129
4888
Virtual karabakh

Merve Boluğur ilk dəfə səhnəyə çıxacaq: Biletin qiyməti eşidənləri təəccübləndirdi - FOTO

22 İyl, 2022
02:59
4888

Merve Boluğur ilk dəfə səhnəyə çıxacaq: Biletin qiyməti eşidənləri təəccübləndirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktrisalıq fəaliyyətini bir kənara atıb bundan sonra müğənni kimi çalışacağını qeyd edən Merve Boluğur bu gün ilk dəfə səhnəyə çıxacaq.

Ekran işlərinə ara verən Merve “Şşşttt” adlı mahnısını yayımlayıb. 

Aktrisa bu mahnısından sonra sosial şəbəkə izləyiciləri tərəfindən xeyli tənqid olunub.

Bütün iradlara baxmayaraq, Boluğur bu gün Nişantaşıdakı məkanların birində səhnəyə çıxacaq.

İlk dəfə səhnəyə çıxacaq Boluğurun bilet qiymətini eşidənlər isə təəccüblərini gizlədə bilməyiblər.

Belə ki, bilet adambaşına 2 500 TL-dir (təxminən 240 manat).

Qeyd edək ki, Merve Boluğur “Acemi Cadı”, “Aşk yeniden”, “Küçük sırlar”, “Kuzey Güney” və “Muhteşem Yüzyıl” kimi ekran işlərində rol alıb. Uzun müddətdir heç bir layihədə yer almayan 34 yaşlı Boluğur son həftələrdə ilk mahnısı “Şşşttt” ilə musiqi sektoruna daxil olub.

Mənbə: Haber Global
 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri