22 
İyl
2022
14:00
27
357
5593
Virtual karabakh

Məşhur azərbaycanlı aktrisa Bella Hadidə oxşamaq üçün əməliyyat etdirdi - VİDEO

22 İyl, 2022
14:00
5593

Məşhur azərbaycanlı aktrisa Bella Hadidə oxşamaq üçün əməliyyat etdirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vicdan haqqı” serialı ilə məşhurlaşan aktrisa Ülviyyə Xəlilbəyli plastik əməliyyatı ilə gündəmə gəlib. 

Oxu.Az xəbər verir ki, Ülviyyə gözlərinin məşhur model Bella Hadid kimi olması üçün bıçaq altına yatıb.

Aktrisa sosial şəbəkə hesabında paylaşdığı videoda bildirib ki, əməliyyat üç ay əvvəl baş tutub.

32 yaşlı aktrisa alın gərmə, üz gərmə, qaş qaldırma və “bella eyes” əməliyyatlarını keçirdiyini qeyd edib.

“Nəhayət, açıqlama zamanı gəldi. Bu qədər gözləməyimin səbəbi isə üzümdəki şişkinliyin çoxluğu ilə əlaqədar idi. Təbii ki, hər kəsin orqanizmi eyni deyil. Mən ödemə meyilli olduğum üçün bu prosesi çətinliklə keçirdim. Gördüyünüz isə tam nəticə deyil. Bunun üçün ən azı altı ay gözləməliyəm. Çoxdandır bu əməliyyatı etdirmək istəyirdim. Qaşla-göz məsafəm bir-birinə yaxın idi. Yaş artdıqca bu daha da çoxaldı”, - deyə Ülviyyə paylaşımında bildirib.

Qeyd edək ki, Ü.Xəlilbəyli aktyor Murad İsmayılla ailəlidir. Onların bu evlilikdən Fuad və Rəsul adlı iki övladı var.

Sözügedən paylaşımı təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri