28 
İyl
2022
22:04
125
75
2071
Virtual karabakh

Zümrüd Qasımova: “Gənc qızı oynamaq istəyirəm” - VİDEO

28 İyl, 2022
22:04
2071

Zümrüd Qasımova: “Gənc qızı oynamaq istəyirəm” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı və aktrisa Zümrüd Qasımova Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” verilişində qonaq olub.

Oxu.Az xəbər verir ki, Z.Qasımova aparıcının suallarını cavablandırıb.

Zümrüd ən böyük arzusundan və peşmanlığından söz açıb:

“Kaş zamanında başqa cür yaşayardım: 20 yaşımdan gedərdim başqa ölkəyə, təhsil alardım, amma qayıdardım yenidən. Bu həyatdakı ən böyük xoşbəxtliyim yaşamağımdır. Həyatımın davam etdiyini və qocalmağımı görməyimdir. Gözəl filmə çəkilmək istəyirəm və gənc qızı oynamaq istəyirəm. Ən böyük arzum 70 yaşımı görməkdir, 60 da olar. Digər bir arzum isə - beş uşağım var, onların toyunu görüm. Bacımın övladlarıdır. Hazırda 40 yaşım var, amma deyirəm ki, 38 yaşındayam. Çünki pandemiyadakı iki ili saymıram, mən onda yaşamadım”.

Qeyd edək ki, aktrisa illər öncə xərçəng xəstəliyi ilə mübarizə aparıb.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri