30 
İyl
2022
17:18
174
27
3929
Virtual karabakh

Türkiyəli məşhur “Twitter”dən profil sildirdi - FOTO

30 İyl, 2022
17:18
3929

Türkiyəli məşhur “Twitter”dən profil sildirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur aktrisası Birce Akalay prokurorluğa müraciət edib.

Oxu.Az xəbər verir ki, buna səbəb aktrisanın adına təxribat xarakterli paylaşımlar edən saxta “Twitter” hesabının açılması olub.

Bununla bağlı B.Akalay sosial şəbəkə hesabında paylaşım edərək izləyicilərinə xəbərdarlıq edib.

“Bədxah insanlar tərəfindən adıma açılan bu saxta hesabın mənimlə heç bir əlaqəsi yoxdur. Bu çirkin hesabla bağlı lazımi şikayətimi etmişəm”, - deyə Akalay qeyd edib.

Aktrisanın şikayətindən sonra sözügedən saxta profil “Twitter” tərəfindən silinib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri