Avq
2022
05:36
86
25
1890
Virtual karabakh

Odri Hepbernin filmindəki ev satışa çıxarılıb

6 Avq, 2022
05:36
1890

Odri Hepbernin filmindəki ev satışa çıxarılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nyu Yorkda “Sabrina” filmindəki Sabrina Feyrçaldın uşaqlığını keçirdiyi mülk satışa çıxarılıb, New York Post qəzeti yazır.

Britaniyalı aktrisa Odri Hepbernin qəhrəmanlarından birinin evi 11 milyon dollar dəyərində qiymətləndirilib.

Ev 1917-ci ildə tikilib. Sahəsi təqribən 870 kvadratmetr, yerləşdiyi torpaq sahəsinin ölçüsü isə 2,4 hektardır. Sonuncu dəfə əmlak 1999-cu ildə 6,4 milyon dollara satılıb.

Üç mərtəbəli mülk özəl çimərliyin yaxınlığında yerləşir. Evin içərisində geniş foye, kaminli və həyətə çıxışı olan iki qonaq otağı, mətbəx, ofis, idman və yoqa üçün otaq var.

Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri