11 
Avq
2022
12:06
360
95
6122
Virtual karabakh

Röya şəhidin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı oxudu - VİDEO

11 Avq, 2022
12:06
6122

Röya şəhidin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı oxudu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib.

Oxu.Az-ın məlumatına görə, müğənni studiyada oxuduğu mahnı ilə bağlı anları sosial şəbəkə hesabında paylaşıb:

“Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu”.

“Yada düşürsən” mahnısının bəstəkarı Fərid Kərimlidir. Xalq artisti Nurəddin Mehdixanlı isə şəhidə ithafən yazılan sözləri qiraət edib.

Qeyd edək ki, Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. Onun döyüş yolu Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri