12 
Avq
2022
20:04
222
191
17830
Virtual karabakh

Aygün Kazımovanın 30 il əvvəlki geyimi müzakirələrə səbəb oldu - FOTO/VİDEO

12 Avq, 2022
20:04
17830

Aygün Kazımovanın 30 il əvvəlki geyimi müzakirələrə səbəb oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Aygün Kazımova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Oxu.Az xəbər verir ki, sənətçi “Instagram” hesabında arxiv görüntülərini paylaşıb.

Video 21 il əvvəl - 2001-ci ildə lentə alınıb. Görüntülərdə Kazımovanın “Ulduzlar bağı” adlı verilişdə sevilən ifalarından birini səsləndirməsi əks olunub.

Sənətçinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanaraq müzakirə olunub.

İzləyicilərin bir qismi Xalq artistini tərif yağışına tutub. Sənətçinin qızılı rəngli parlaq libası da diqqətlərdən yayınmayıb. İstifadəçilərin bəziləri Aygünün geyimini məşhur ulduz Beyonsun libası ilə müqayisə ediblər.

Onlar “Beyonsun indi geyindiyini Aygün 30 il əvvəl geyinib” deyərək Kazımovanın hər zaman zövqlü tərzi ilə seçildiyini vurğulayıblar. 

İfaçının müzakirələrə səbəb olan həmin görüntülərini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri