14 
Fev
2015
11:55
82
241
23533
Virtual karabakh

Nanə qayıtdı: 14 fevral bəziləri üçün Sevgililər günü olsa da, mənim üçün...

14 Fev, 2015
11:55
23533

Nanə qayıtdı: 14 fevral bəziləri üçün Sevgililər günü olsa da, mənim üçün...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən neqativ dolu insanlara Allahdan şəfa diləyirəm”.

Xəbər verdiyimiz kimi aparıcı Nanə Ağamalıyeva ATV telekanalında yeni verilişlə onu özləyənləri sevindirəcək.

Oxu.Az ATVxəbər.az-a istinadla məlumat verir ki, aparıcı üçün bu gün özəl gündür. Məhz illər öncə 14 fevral günü aparıcı ATV telekanalında işə başlayıb. Öz dəsti-xətti, peşəkarlığı ilə seçilən Nanə Ağamalıyeva yeni verilişi və bugünkü özəl günü ilə bağlı məlumat verib:

“Nigaran qalanlar, mənim üçün darıxanlar tezliklə efirdəyəm. Düşünürəm ki, Nanə xanım, niyə efirdə yoxsunuz sualını verməyəcəksiniz. Bildiyiniz kimi İstanbulda 1 il ərzində təhsil aldım. Və doğma kanalım ATV-nin dəstəyi ilə təhsilimi bitirib, doğma telekanalımda yeni verilişimlə qarşınıza çıxacağam. ATV telekanalından heç bir zaman ayrılmadım. Bəzi insanlar yalandan şaiyələr uydurdu ki, kanaldan ayrılmışam, və ya vətəndən həmişəlik getmişəm deyənlər də oldu. Hətta evləndiyimi də deyənlər oldu. İnsanlar onları xoşbəxt edən yalanlara inanır, onları qınamıram. Əsas odur ki, yalanlarınızda boğulmayasınız və sonadək xoşbəxt ola biləsiniz. Mən isə neqativ dolu insanalara Allahdan şəfa diləyirəm. Adım belə çəkiləndə həyəcanlanan həmkarlarıma sözüm var.

Çalışın bu böyük dünyada öz yerinizi tapın. Başqasının yerində olmaq istəyi belə həyəcanlandırır. Bu səhhətinizə çox ziyandır. Bunu da bir həkim kimi qeyd etdim. Hər bir insane şans verilir. Amma bu şansdan səhnədə başı gicəllənib, özünü itirənlər çox gördük. Kimlər gəldi, kimlər getdi yaddaşlarda isə yalnız keyfiyyətli iş görüb, xalqın sevgisini qazananlar qaldı. Və sonda, bu dünyada ölüm var, yəqin bunu unutmadınız.

Dünyanı çiyninizə qoyub, aparmayacaqsınız ki…

Hər kəsə bu böyük dünyada yer var. 14 fevral bəziləri üçün Sevgililər günü olsa da, mənimçün başqa anlam kəsb edir. Mən ATV telekanalına məhz bu gün işə qəbul olmuşam. Və dişimlə, dırnağımla ucalmışam. Bu gün mənim üçün böyük bayramdır. İşimə sevgimi isə orada-burada qeybət etməklə deyil, təhsil alıb, inkişaf etməklə yaşadıram”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri