16 
Avq
2022
14:56
38
293
6832
Virtual karabakh

Roza Zərgərlidən Xalq artistini tanımayan oğluna: “Corcu danladım ki, sus!” - VİDEO

16 Avq, 2022
14:56
6832

Roza Zərgərlidən Xalq artistini tanımayan oğluna: “Corcu danladım ki, sus!” - VİDEO

“Səkinə xanım bizim qonşumuz idi. Biz eyni çoxmərtəbəli yaşayış binasında qalırdıq. Bir gün onu avtomobilimə götürdüm. Daha sonra “Gəncliy”ə uşaqları götürməyə getdik. Corc qabaqda, Bənövşə isə arxada əyləşdi. Söhbət edə-edə yol gedirdik. Mənim uşaqlarım sərbəstdirlər. Onlara söz azadlığı vermişəm. Birdən Corc çevrilib Səkinə xanıma dedi ki “Salam xanım, siz nə işlə məşğulsunuz?” Təsəvvürünüzə gətirin, mən həmin vaxt sükanda nə etdim...”.

Bu sözləri müğənni Roza Zərgərli ATV-də yayımlanan “Gündən Günə” verilişində qonaq olarkən deyib.

İfaçı oğlu Corcun Xalq artisti Səkinə İsmayılovanı tanımadığını, buna görə də onu danladığını, hətta onu döymək dərəcəsinə gəldiyini bildirib:

“Corc aktyorluqla məşğul olsa da, onu tanımadı. Bu da hər halda mənim qəbahətim olub. Bu vaxt Səkinə xanım soruşdu ki “Adın nədir bala?” Mən cavab verdim ki, adı Corcdur.

Dedi “Ay qız, uşağa Corc adı qoyanda bilmirdin ki, bizimkiləri yox, Hollivud ulduzlarını tanıyacaq?” Gəldim evə, yazıq Corcu danladım, vəziyyət döyməyə qədər gəlib çıxdı. Bundan sonra 3 gecə yatmadım”.

Ətraflı videoda: 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri