17 
Avq
2022
22:00
52
226
5741
Virtual karabakh

Tuba Büyüküstün: “Özümü döyürəm”

17 Avq, 2022
22:00
5741

Tuba Büyüküstün: “Özümü döyürəm”

Türkiyəli məşhur aktrisa Tuba Büyüküstün diqqətçəkən açıqlamalarla gündəmə gəlib.

Uzun müddətdir uğurlu aktyorluq performansından danışılan aktrisa “L'Officiel Türkiye” jurnalına müsahibə verib:

“Özünlə üzləşmək özünü tanımaqdan keçir. Məncə, bu, insanın ən çətin imtahanıdır. İçimizə baxa bilmək üçün ürəyin gözlərini açmaq lazımdır. Əks halda özündən qaçmaq çox asandır. Hər zaman hər mövzuda ürəklə beyin arasında ilişib qalıram. Düşündükcə fikirlərim daha çox qarışır. Özümü döyürəm. Özünüz ola biləcəyiniz halda başqalarına görə formalaşmağa başlamaq çox təhlükəlidir”.

Aktrisa deyib ki, bir əlaqənin başlanğıcı necə qeyd edilirsə, son nöqtəsi də eyni həvəslə qeyd olunmalıdır:

“İki nəfər əl-ələ verib deməlidir: “Artıq yolun sonudur”. Bu müddəti qeyd edərək “bitirək” deyə bilmək çox gözəl bir şeydir. Niyə bacarmırıq, heç özüm də bilmirəm”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri