Sen
2022
15:28
115
22
2372
Virtual karabakh

Türkiyədə qarət olunan rusiyalı ifaçının sənədləri tapıldı

7 Sen, 2022
15:28
2372

Türkiyədə qarət olunan rusiyalı ifaçının sənədləri tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə qarət olunan rusiyalı ifaçı Maşa Rasputinanın sənədləri tapılıb.

Bu barədə musiqiçinin həyat yoldaşı Viktor Zaxarov xəbər verib.

Onun sözlərinə görə, sənədləri olan çanta bir gün əvvəl oğurluq baş verən mağazaya atılıb.

“Hər şey yerindədir: həm bank kartları, həm də sənədlər. Təkcə nağd pul yoxdur. Mariya, əlbəttə ki, xoşbəxtdir. Artıq sənədləri yenidən düzəltdirmək lazım deyil və Rusiyaya qayıda bilərik”, - deyə o, vəziyyəti şərh edib.

Zaxarov oğurluğun rusiyalılar tərəfindən həyata keçirildiyini düşündüyünü bildirib.

Xatırladaq ki, Rasputina Türkiyədə elit mağazaların birində alış-veriş edərkən çantası oğurlanmışdı.

Mənbə: PROzvezd

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri