Sen
2022
22:34
44
194
8437
Virtual karabakh

Məşhur model qəribə halı və pinti görüntüsü ilə pərəstikarlarını şoka saldı - FOTO/VİDEO

7 Sen, 2022
22:34
8437

Məşhur model qəribə halı və pinti görüntüsü ilə pərəstikarlarını şoka saldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı supemodel və məşhur aktrisa Kara Delevinin Los-Ancelesin (ABŞ) Van-Nays aeroportunda çəkilən görüntüləri sənətkarın pərəstişkarlarını təşvişə salıb. Belə ki, aktrisa səliqəsiz görkəmdə, saçları pırtlaşıq və ayaqqabısız olub. Kadrlarda Delevinin siqaret çəkərək telefonla əsəbi danışdığı görünür. Telefonun mütəmadi olaraq onun əlindən düşməsi də nəzərlərdən yayınmayıb.

Model uçuşa iki saat gecikdiyi üçün yoluna özəl təyyarə ilə davam edib.

Mənbədən bildirilir ki, Delevin bu yaxınlarda Nevadada keçirilən “Burning man” festivalından qayıdıb. Məlumata görə, “Blək-Rok” səhrasında keçirdiyi bir neçə gün ərzində o, nə yemək yeyib, nə də duş qəbul edib.

Qeyd edək ki, avqust ayında ulduz İspaniyanın İbiza adasında yaxtada 30 yaşını qeyd edib.

“Orada Kara daha səliqəsiz idi. Bununla belə, o, hər şeyin qaydasında olduğunu və doğum gününü əla keçirdiyini iddia edir. O, sosial şəbəkələrdə yayılan fotoları gülməli hesab edir və həyatında nəsə problem olduğunu düşünmür”, - deyə Delevinin anonim qalmaq istəyən dostu bildirib.

Mənbə: Daily Mail

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri