Sen
2022
02:30
111
36
3024
Virtual karabakh

Riki Martin onu intim münasibətdə ittiham edən qohumuna qarşı 20 milyonluq iddia qaldırdı

9 Sen, 2022
02:30
3024

Riki Martin onu intim münasibətdə ittiham edən qohumuna qarşı 20 milyonluq iddia qaldırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaca məşhur müğənni, aktyor Riki Martin onu intim münasibətdə ittiham edən qohumuna qarşı 20 milyon dollarlıq iddia qaldırıb.

Martinin dediyinə görə, nüfuzunu “öldürməyə” çalışan Dennis Yadiel Sançesə qarşı San-Xuanda məhkəməyə müraciət edib.

Daha əvvəl müğənninin qohumu sənətçinin ona psixoloji və fiziki təzyiq göstərdiyini iddia etmişdi. Martin qohumuna məhkəmədə qalib gəlib.

İfaçının sözlərinə görə, Sançes sosial şəbəkələrdə ona bir neçə dəfə məktub yazıb və nüfuzunu və adını məhv edəcəyi hədəsi ilə pul tələb edib. Daha sonra Martinin qohumu onun telefon nömrəsini “Instagram” səhifəsində yerləşdirib.

Martinin sözlərinə görə, o, qohumunun yalançı ittihamlarına görə milyonlarla dollarlıq sövdələşmələri itirib və indi azı 20 milyon dollar istəyir, həmçinin Sançesdən özü və ailəsi ilə hər hansı əlaqədən çəkinməsini tələb edir.

Mənbə: TMZ

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri