22 
Sen
2022
02:06
174
61
5446
Virtual karabakh

Rusiyalı tanınmış aparıcı təhlükəli dırmanışdan sonra xəstəxanaya yerləşdirilib - FOTO/VİDEO

22 Sen, 2022
02:06
5446

Rusiyalı tanınmış aparıcı təhlükəli dırmanışdan sonra xəstəxanaya yerləşdirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı tanınmış model və aparıcı Viktoriya Bonya Himalay dağlarında Manaslu zirvəsinə dırmanışdan sonra xəstəxanaya yerləşdirilib.

Bu barədə bloqer özünün “Instagram” hesabında məlumat verib.

“Ağciyərlərin rentgeni üçün Katmanduya yollandım. Kəskin öskürəyə görə məni müayinə üçün xəstəxanaya göndərdilər...”, - deyə bildirən model Nepalın paytaxtındakı xəstəxanadan şəkil paylaşıb.

Bonya 8000 metrdən yüksəyə qalxmağın ölümcül risk olduğu barədə xəbərdarlıq edildiyini vurğulayıb. Lakin o tövsiyələrə məhəl qoymayıb. Bonyanın birlikdə hərəkət etdiyi qrupda ekspedisiya üzvlərindən bəziləri səhhətində yaranan ciddi problemlər səbəbindən səfəri yarımçıq qoyub.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri