29 
Sen
2022
08:46
50
255
5634
Virtual karabakh

Tanınmış repçi Kulio vəfat edib

29 Sen, 2022
08:46
5634

Tanınmış repçi Kulio vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor və tanınmış repçi Kulio (Coolio) 59 yaşında vəfat edib.

Musiqiçinin meneceri Carezin sözlərinə görə, repçi dostunun evində vanna otağına gedib və uzun müddət geri qayıtmayıb. Ev sahibi onun arxasınca gedəndə repçinin yerdə uzandığını görüb.

Musiqiçinin dostu təcili yardım çağırıb və onun öldüyü məlum olub.

İlkin məlumata görə, Kulio ürək tutmasından həyatını itirib.

Hip-hop ifaçısı yaradıcılıq karyerasına 80-ci illərin sonlarında başlayıb. O, Mişel Pfayferlə “Dangerous Thoughts” filminin “soundtrackına” çevrilən “Gangsta’s Paradise” treki sayəsində dünya şöhrəti qazanıb. Bu mahnı 1995-ci ildə repçilər- Kulio və L.V. tərəfindən yazılıb. İfasına görə Kulio Qremmi mükafatına layiq görülüb.

Mənbə: TMZ

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri