Okt
2022
08:30
46
69
2773
Virtual karabakh

Məşhur musiqiçinin konserti təxirə salındı

3 Okt, 2022
08:30
2773

Məşhur musiqiçinin konserti təxirə salındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərəli musiqiçisi, “The Beatles” qrupunun keçmiş üzvü Rinqo Starr xəstəliyi səbəbindən “All-Starr Band” ilə birgə konsertini başqa vaxta keçirmək qərarına gəlib.

Bu barədə onun çıxış etməli olduğu Minnesota ştatındakı “Mystic Lake” kazinosunda məlumat verilib.

“Rinqo xəstələnib. O, çıxış edə biləcəyinə ümid edirdi, lakin xəstəlik onun səsinə təsir edib. Rinqo koronavirusa yoluxmayıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, Rinqo və “All-Starr Band” 2020-ci ildə başlamalı olan, lakin koronavirus pandemiyası səbəbindən təxirə salınan tura yalnız bu il mayın 20-də start veriblər.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri