Okt
2022
13:02
73
124
5032
Virtual karabakh

Dünyaca məşhur şou ARB TV-də yayımlanacaq - VİDEO

3 Okt, 2022
13:02
5032

Dünyaca məşhur şou ARB TV-də yayımlanacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV yeni mövsümə “Aclıq oyunları” adlanan uğurlu bir layihə ilə start verir.

Ehtiram Fərzəlibəyovun təqdimatında olan “Aclıq oyunları” realiti-şousu bir-birindən fərqli buraxılışlar ilə yayımlanacaq. Müxtəlif məkanlarda baş tutacaq buraxılışlarda dünya mətbəxinin ləziz təamları Azərbaycan mətbəxinə uyğun tərzdə təqdim olunacaq. Belə ki, studiya şəraitində yemək bişirmək, vəhşi təbiətdə ərzaq tapıb yemək hazırlamaq, küçə yeməklərinin (streetfood) və s. hər birinin mükəmməl şəkildə təqdim olunması nəzərdə tutulur.

Verilişdə peşəkar aşpazlar master-klas keçəcəklər. İştirakçıların qatıldığı realiti-şounun qalibi seçim əsasında aparılacaq. Sonda qalib 15 min manat pul mükafatı və Azərbaycan Milli Kulinariya Assosiasiyasının diplomu ilə təltif ediləcək.

Qeyd edək ki, “Aclıq oyunları” realiti-şousu oktyabrın 7-dən etibarən həftənin şənbə və bazar günləri saat 18:00-da efirə gedəcək.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri