Mar
2015
10:53
38
97
29165
Virtual karabakh

Lalə Məmmədovanın keçmiş həyat yoldaşından ağır ittihamlar

3 Mar, 2015
10:53
29165

Lalə Məmmədovanın keçmiş həyat yoldaşından ağır ittihamlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər yerdə mənim alfons olduğumu deyir”.

Azərbaycanın əməkdar artisti Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib. İlham Qafarov müğənnini onun barəsində yalan xəbərlər yaymaqda suçlayıb.

Oxu.Az xəbər verir ki, o, ATV.az-a bunları deyib:

“Lalə hər yerdə mənim alfons olduğumu, biz evli olanda onun hesabına yaşadığımı deyir. Bilirsiniz ki, Bakı o qədər də böyük şəhər deyil və bu söhbətlər gəlib qulağıma çatır. Axı bu insan nəyə əsasən belə şayiələr yayır? Hamı bilir ki, mən onu sənətdə qaldırmaq üçün, “raskrutka” etmək üçün öz işimi atıb Laləyə prodüserlik etməyə başladım. Onun bütün nailiyyətlərində bilavasitə mənim əməyim var. Budurmu alfonsluq? Mən onu öz evimdən qovmuşam! Biz boşananda öz maşınımı 50 min dollara satıb, 43 minini ona verdim ki, özünə ev alsın. Onun maşınını satmağına razı olmadım. Bəs o nə etdi? Mənim rəhmətlik anamın bir-iki günə qırxı çıxacaq, amma Lalə nəinki başsağlığı verməyib, hətta öz valideynlərinə belə bunu etməyə qadağa qoyub. Halbuki, onun atası mənim rəhmətlik atamla 40 il dostluq ediblər. Lalə heç bizim qızımıza da nənəsi ilə vidalaşmağa imkan yaratmayıb və bu gün də o qızımın mənə qarşı “beynini doldurur”. Sonra durub efirdə danışır ki, “iki uşağı tək böyütmək necə çətindir”. Mənə “sən mənim üçün qocasan” deyən insan efirdə tam başqa formada danışır...”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri