Mar
2015
14:20
4
79
3650
Virtual karabakh

Konçita Vürst həyatından kitab yazdı

4 Mar, 2015
14:20
3650

Konçita Vürst həyatından kitab yazdı

“Mən Konçitayam. Mənim tarixçəm”.

Konçita Vürst Berlində həyatından bəhs edən kitabı və yeni mahnısını təqdim edib.

Oxu.Az-ın Kulis-ə istinadla verdiyi xəbərə görə, “Mən Konçitayam. Mənim tarixçəm” kitabı qeyri-ənənəvi cinsi oriyentasiyası olan yeniyetmənin səhnəyə gedən yolundan danışır.

O, 2014-cü ildə “Avroviziya” müsabiqəsində travesti-müğənni kimi çıxış edərək, müsabiqənin qalibi olub.

“Özümün normal olduğumu, mənim yox, cəmiyyətin yanıldığını anlamağa illərimi sərf etdim. Amma mən bu zamanı valideynlərimdən aldım. Onlar mənim özümü axtarmağımla barışmalı oldular” – deyə artist izah edib.

Vürstün yeni “ You Are Unstoppable” mahnısı isə populyar və orkestr musiqisinin simbizoudur.

Saqqalı müğənni qadın Konçita Vürst – 26 yaşlı avstriyalı Tom Noyvirtin səhnə obrazıdır. Bu obraz 2011-ci ildə tolerantlığın müdafiəsi və ənənəvi gender rollarından imtina məqsədilə düşünülüb. Konçita obrazı ilə Tom Noyvirt 2014-cü ildə “Avroviziya” mahnı müsabiqəsində qalib olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri