Mar
2015
22:50
15
60
6410
Virtual karabakh

Məşhur yarışma Azərbaycanda - FOTOLAR

5 Mar, 2015
22:50
6410

Məşhur yarışma Azərbaycanda - FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Özünü Tanıt”.

Bu gün ATV telekanalında dünyaca məşhur “Got Talant” yarışmasının Azərbaycan variantı start götürüb.

Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, “Özünü Tanıt” adlanan proqramın münsiflər heyətində xalq artisti Aygün Kazımova, əməkdar artist Murad Dadaşov və repçi ABD Malik oturub. Aparıcılar isə Elgün Hüseynov və Aygün Akifdir.

Verilişin iştirakçıları öz istedadlarını nümayiş etdirərək növbəti mərhələyə keçmək üçün münsiflərdən “hə” cavabı almalıdır. Yarışmanın qalibi isə avtomobil qazanacaq.

“Özünü Tanıt” hər həftənin cümə axşamı, saat 21:30-da efirdə olacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri