15 
Noy
2022
01:20
19
165
2405
Virtual karabakh

Cennifer Enistonun aktyor atası vəfat edib – FOTO

15 Noy, 2022
01:20
2405

Cennifer Enistonun aktyor atası vəfat edib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu Cennifer Enistonun atası, amerikalı aktyor Con Eniston vəfat edib.

Bu barədə aktrisanın özü məlumat verib.

Eniston sosial şəbəkədə atası üçün “Sən ən gözəl insanlardan biri idin” yazıb.

Qeyd edək ki, aktrisanın atasının əsl adı Yannis Anastasakisdir. Gələcək aktyorun ailəsi iki yaşında ikən Kritdən ABŞ-a mühacirət edib.

Mərhum televiziya seriallarındakı rolları ilə tanınıb. O, 1985-ci ildən rol aldığı “Həyatımızın günləri” serialı sayəsində populyarlıq qazanıb.

Aktyor 90 yaşında dünyasını dəyişib.

Mənbə: mk.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri