22 
Noy
2022
22:20
19
422
3482
Virtual karabakh

Rəhimə Nuriyeva: “Yaşar Nurinin əşyalarını bağdan oğurlayıblar” - VİDEO

22 Noy, 2022
22:20
3482

Rəhimə Nuriyeva: “Yaşar Nurinin əşyalarını bağdan oğurlayıblar” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün mərhum Xalq artisti Yaşar Nurinin anım günüdür.

Oxu.Az xəbər verir ki, aktyorun həyat yoldaşı Rəhimə xanım “Səhər mərkəzi” proqramına müsahibə verib.

O, Y.Nurinin oğurlanan əşyalarından bəhs edib:

“O, dünyasını dəyişəndə yarımçıq qalan bağ evimiz var idi. Yaşar müəllimin əşyalarını oraya yerləşdirdik. İki il əvvəl bağ evimizdə oğurluq hadisəsi olub. Onun əşyalarının bir neçəsi oğurlanıb. Elə biliblər qızıldır, götürüblər. Nəfəs aparatını saxlamışam. Həmin otağa daxil olanda təskinlik tapıram”.

Yaşar Nurinin dünyasını dəyişdiyi günü xatırlayan Rəhimə xanım “Bizi çağırdılar, getdim ki, həkim ağlayır. Dedim ki, onu girib elə görə bilmərəm, Yaşar həyatımda da canlı qalmalıdır. Onu ölü görsəm, həyat bağlanacaq mənim üçün” sözlərini əlavə edib.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri