25 
Noy
2022
06:50
57
253
11707
Virtual karabakh

Marqo Robbi Leonardo DiKaprio ilə intim səhnələrdən danışdı

25 Noy, 2022
06:50
11707

Marqo Robbi Leonardo DiKaprio ilə intim səhnələrdən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyalı aktrisa Marqo Robbi “The Wolf of Wall Street” filmində Leonardo DiKaprio ilə açıq-saçıq yataq səhnələrinin çəkilişindən əvvəl əsəb gərginliyi keçirib.

Aktrisa etiraf edib ki, ekranda özünə inamlı görünsə də, real həyatda belə olmayıb. Həmin səhnələrin birində Robbinin obrazı özündən 15 yaş böyük olan ekrandakı ərini kiçik qızlarının uşaq otağında öz cazibəsi altına salmağa çalışıb.

“Mən yalan danışmayacağam. Bu səhnəni çəkməzdən əvvəl çox gərgin olduğum üçün bir-iki qədəh tekila içdim”, - deyə aktrisa etiraf edib.

O, həmçinin bildirib ki, yenicə səhnəyə çıxan aktrisa üçün belə kadrların çəkilişi çətin bir işdir. Belə ki, 2016-cı ildə “The Wolf of Wall Street”dəki intim səhnələr Marqonun aktyorluq karyerasında ilk olduğu üçün aktrisa çəkiliş meydançasında çoxlu çətin anlar yaşayıb.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri