11 
Mar
2015
11:55
47
13
4489
Virtual karabakh

Beren Saatdan əkiz körpə xəbərinə cavab - FOTO

11 Mar, 2015
11:55
4489

Beren Saatdan əkiz körpə xəbərinə cavab - FOTO

"Bəlkə bu sözlər başqa qadınlara verə biləcəyiniz psixoloji zərəri azaldır".

Neçə gündür Türkiyə mediasında türkiyəli ulduzlar- Kenan Doğulu ilə Beren Saatın əkiz övlad valideynləri olacağı xəbəri dolaşır.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İnstagram səhifəsində “bir balon, bir də əkiz körpə” şəkli paylaşan Beren Saat bunları yazıb:

“Dedi-qodunu müzakirə edərək uzatmaq, mütləq bəzək-düzək vermək, adını bomba xəbərlə dəyişdirib yaymaq, yaxın sayılan insanların belə dürüstcə məndən soruşmaq yerinə dedi-qoduları eşitməyi gözləməsi artıq balqabaq dadı verir.

Yayılan hər xəbəri doğrulayan ya da düzəldən məşhurlardan deyiləm, çünki çox maraqlanmıram. Sevgili olduğumuz ilk aylarından bəri çıxan neçənci hamiləlik xəbəridir; yenə də heç bir şeyi düzəltməyə ehtiyac duymuram.

Sadəcə atmaca kimi hücumları biraz dayandırsanız, bu xəbəri hazırlayarkən reklam maraqlısı bir xəstəxananın xəstə haqlarını heçə sayaraq məlumat sızdırma günahında iştirak etdiyinizi anlasanız, belə xəbərlərin əvvəl yeni qurulan ailə içərisində qeyd olunması və sonra yaxınlarına özləri tərəfindən xəbər vermə haqqının tapdalamaq olduğunu dərk edib hörmət göstərsəniz, həm cinayət ortaqlığı etməmiş, həm də daha insani davranmış olarsınız.

Bu xəbərlər də digər xəbərlər kimi yenə vecimə deyil. Amma peşəmə görə bu xəbərdən keçə bilmirəm, başqa bir qadın olsam, bu müddətdə çox inciyə bilərdim. Bəlkə bu sözlər başqa qadınlara verə biləcəyiniz psixoloji zərəri azaldır. Psixoloji şiddət də bir şiddət növüdür! Hamiləlik mənimki kimi zəif bir bədəndə onsuz da uzun müddət gizlənə biləcək bir xəbər deyil, olanda necəsə öyrənərsiniz ...".

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri