11 
Mar
2015
12:12
63
47
18568
Virtual karabakh

Müğənni: Gərək bakirəliyi mənim evimdə pozulsun

11 Mar, 2015
12:12
18568

Müğənni: Gərək bakirəliyi mənim evimdə pozulsun

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən köhnə fikirli adamam”.

Müğənni Yusif Mustafayev “Hər şey daxil” verilişinin qonağı olub.

Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, müğənni gənclərin ailə qurma yaşından danışıb:

“İlk dəfə 8-ci sinifdə sevmişəm. Heç nə ilk sevginin yerini vermir, ona kor sevgi deyilir.  Evdə 10 uşağıq.

Oğlan 25 yaşında evlənməli, qızlar 16-18 yaş arasında ərə getməlidir. Mən evlənəndə həyat yoldaşımın 16 yaşı vardı. Bəy xanımdan böyük olmalıdır. Sənətçiyəm, kaprizlərim var. Bu günə kimi yoldaşım məndən hara gedib-gəldiyimi soruşmayıb. Yoldaşım çox ağıllıdır. Əsl Azərbaycan xanımı 16 yaşında da ailə qursa, xoşbəxt olar. Ailə müqəddəsdir. Bağışlayın məni. Mən cavan qız uşağını evimə gəlin gətirirəmsə, bakirəliyi mənim evimdə pozulmalıdır. Elə adam var 10 dəfə ailə qurur. Mən buna yaxşı baxmıram, köhnə fikirli adamam”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri